"Nikoyl Bank"ın (Nikoil Bank) adı dəyişdirilmir. FED.az xəbər verir ki, bunu "Marja"ya "Nikoyl Bank"ın PR & CSR departamentinin rəhbəri Nurlanə Musayeva bildirib.
"Bəzi mənbələrdə geyd olunub ki, biz bank olaraq adımızı dəyişmişik. Bankın rəsmi mənbəsindən belə bir məlumat verilməyib. Bu məlumatı yalnış hesab edəsiniz", o deyib.
Qeyd edək ki, “Nikoil Bank” ASC adının “Yellow Bank”a dəyişdiriləcəyi iddia olunur.