Böyük Britaniyanın paytaxtı London şəhərində fevralın 20-də "Nikoyl" ASC-nin investisiya kommersiya bankının səhmdarlarının növbədənkanar ümumi yığıncağı keçiriləcək.
Bankın İdarə Heyətinin yaydığı məlumatda deyilir ki, yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:
1. Müşahidə Şurasının tərkibinin dəyişdirilməsi;
2. Audit Komitəsinin tərkibinin dəyişdirilməsi;
3. Audit Komitəsinin üzvlərinin mükafatlandırılmasının təsdiq edilməsi;
4. "Nikoyl" ASC-inin nizamnaməsinin yeni redaksiyada təsdiq olunması.
Yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallar səhmdarların elektron ünvanlarına göndəriləcək.