Avtomatlaşdırılmış Bank Sisteminin (ABS) yenilənməsi və yeni versiyasına keçməsi ilə əlaqədar olaraq cari sistemlərin profilaktikası həyata keçiriləcək. Bu səbəbdən 26.01.2018-ci il tarixində axşam saat 18:00-dan 29.01.2018-ci il tarixində səhər saat 09:00-a qədər bütün onlayn servislərdə Bankın xidmətləri qeyri-aktiv olacaq:
• İnternet bankinq,
• Ödəniş terminalları NIKOIL PAYPOINT, MILLION, EMANAT, EASYPAY, EXPRESSPAY və s.,
• Elektron ödəniş sistemləri GOLDENPAY, AZERICARD, EPUL və s.,
• AzeriCard onlayn prosessinq.
ABS-nin yenilənmiş versiyasına keçid müştərilərə xidmət göstərilməsi vaxtını azaltmağa imkan verəcək və cari prosesləri daha da sürətləndirəcək.
Əlavə məlumat almaq üçün xahişedirik Bankın Məlumat Mərkəzinə müraciət edin: (012) 981
NIKOIL | Bank müvəqqəti narahatçılığa görə üzr istəyir.
NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil