Bu ilin dekabr ayının 7-də "Nikoyl Bank"ın səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək. Fed.az marjaya istinadən xəbər verir ki, iclasda səhmdarlar tərəfindən bankın nizamnamə kapitalının artırılması, nizamnaməyə dəyişiklik edilməsi, audit komitəsinin tərkibndə dəyişiklik aparılması və digər məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, “Topaz İnvestments” 2008-ci ildən etibarən bankın əsas səhmdarıdır. Bankın nizamnamə kapitalı 184,5 milyon manat təşkil edir. Bankın səhmdarları sırasına
“Topaz İnvestments” QSC (91,84%), fiziki şəxslər (7,97%) və “İSR Holding” (0,19%) daxildir.
Xatırladaq ki,bankın nizamnamə kapitalı 184 mln. manatdan çox olsa da, ötən il və bu il yığılmış zərər məcmu kapitalı kəskin aşağı salıb. Bu səbəbdən banka yenidən sərmayə yatırılmasına ehtiyac var. Mətbuatda çıxan xəbərə görə, “Nikoil Bank”ın nizamnamə kapitalı 35,5 milyon manat və yaxud 19,24% artırılaraq 220 mln. manata çatdırılacaq.
"Nikoil Bank"ın səmhdarları növbədənkənar iclasa hazırlaşır
13:15
28 Okt 2017