"Nikoil Bank" 2018-ci ilin birinci yarımilliyinə yekun vurur, həmçinin nizamnamə kapitalının 34 mln. manatadək artması barədə bəyan edir.
Bankdan FED.az-a verilən məlumata görə, nizamnamə kapitalı artdıqdan sonra bankın ümumi kapitalı 106 mln. təşkil edib. Bu isə ümumi kapital üzrə minimal tələbdən 2 dəfə çoxdur. 10% minimal normada NIKOIL | Bank-ın kapitalının adekvatlıq əmsalı 28,3% təşkil edib. 2018-ci ilin 1-ci yarimilliyinin sonuna müştərilərin pul vəsaitləri 2017-ci ilin analoji tarixinə olan göstəricidən 10% artıq olub. 2018-ci ilin 1-ci yarımilliyi üçün xalis əməliyyat gəliri keçən ilin eyni dövrü üzrə olan gəlirdən 30% artıq olub. 2-ci rübün nəticələrinə əsasən bankın ani likvidlik əmsalı 114% təşkil edib.
2018-ci ilin birinci yarımilliyi üzrə kredit portfeli 7% artmışdır. Bankın maliyyə kreditləşməsi sahəsində fəallığı ilə əlaqədar olaraq ən yaxın gələcəkdə kredit portfelinin növbəti artımı gözlənilir. NIKOIL | Bank həm fiziki şəxslərə, həm də kiçik və orta biznesə rahat və sərfəli kreditləşmə şərtləri təklif edir.
NIKOIL | Bank - Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsinə sahib olan universal maliyyə-kredit təşkilatıdır. Bank bütün növ hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri kimi əməliyyatları təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012)981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı https://www.facebook.com/nikoilbank