“NIKOIL Bank” ASC-də yeni departament rəhbəri təyin olunub.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Bankın Hüquq Departamentinə Samir Tağıyev direktor təyin olunub və vəzifəsinin icrasına bu aydan artıq başlayıb.
Qeyd edək ki, S.Tağıyev bundan öncə bu departamentdə direktor müavini idi.
S.Tağıyev “Aqrarkredit” QSC və lisenziyası ləğv edilən “Dəmir Bank” ASC-də müxtəlif vəzifələrdə çalışıb.
Eləcə də bax: Bankı sığorta şirkətinə dəyişir - TƏYİNAT