Cari ilin ilk rübündə “Nikoil Bank” 260,245 mln manat kredit verib. FED.az xəbər verir ki, verilmiş kredit və lizinqlərin 68,688 mln manatı vaxtı keşmiş kreditlərdi.
Bu ilin yanvar-mart aylarına görə, bankın kredit portfelində ümüdsiz kreditlərin payı 25.73%, “qırmızı xətti” keçmiş təhlükəli kreditlərin payı isə 1.69% təşkil edir.
Ümumilikdə isə bankın kredit poprtfelində vaxtı keçmiş kreditlərin payı 26.39% -dir.
Bankın cəmi kreditlər üzrə ayırdığı ehtiyatların həcmi 57,676 mln manatdır. Bu da kredit portfelinin 22.16% i deməkdir.
Sözügedən hesabat dövründə bank ən çox krediti istehlak və ipoteka kreditlərinə ayırıb. Bu kreditlərin məbləği 148,841 mln manat təşkil edib ki, bu məbləğin də 38,498 mln manatı vaxtı keçmiş kreditlərdir.
Bank ən çox krediti Bakı şəhərində verib 175,810 mln manat. Bakıdan sonra ən çox kredit Abşeron rayonunda verilib 16,779 mln manat. Sıralamaya görə, bankın 3-cü ən çox kredit verdiyi rayon Sabirabad olub - 11,715 mln manat.
“Nikoil Bank”da ümüdsiz kreditlərin payı məlum olub
11:52
17 May 2019