NIKOIL | Bank 7 fevral 2017-ci ildən etibarən cari ilin qalan dövrünə bütün server avadanlığının təchizatı üzrə açıq tender elan edir.
Tenderin predmeti – Hewlett Packard Enterprise şirkətinin istehsalı olan avadanlıqlarının təchizatı üzrə ən yaxşı təklifdir. Təchizat müqavilə imzalandıqdan sonra 55 təqvim günündən artıq olmayan müddətdə Bankın Baş ofisinin yerləşdiyi ünvanda (Bakı şəh., Puşkin küç. 30) həyata keçiriləcəkdir; Bank tenderdə iştirak etmək istəyən hər kəsdən öz təkliflərini möhürlənmiş zərfdə “Kommersiya təklifi – AÇMAQ OLMAZ” işarəsi ilə 16 fevral 2017-ci il tarixinə kimi “NİKOYL” İKB-nın İdarə Heyətinin sədrinin adına ünvanlayaraq Bankın Baş Ofisinə təqdim etməyi xahiş edir.