NIKOIL | Bank kiçik, orta və iri biznes üçün sərfəli kreditlər təklif edir.
Bankdan verilən məlumata görə, kreditin məbləği 10 000 USD - 3 000 000 USD olmaqla illik faiz dərəcəsi 10%-dən başlayaraq, 3 aydan 60 ayadək müddətinə verilməsi nəzərdə tutulub.
Bundan əlavə Bank müştərilərə həm Bakıda, həm də Respublikanın regionlarında sadələşdirilmiş sənədlər paketini təqdim etməklə kredit ərizələrinə qısa müddət ərzində baxılmasına zəmanət verir.
NIKOIL | Bank həmçinin Sahibkarlığa Kömək Milli Fondu ilə də aktiv əməkdaşlığını davam etdirir. Bu kreditlər Azərbaycanda istehsalın və kənd təsərrüfatının digər sahələrinin inkişafı üçün əsas motivasiya mənbəyidir.
Kreditin məbləği 5000 manatdan 6 000 000 manatadək, illik faiz dərəcəsi illik 6% olmaqla 6 aydan 120 ayadək verilir. Güzəştli dövr, uzunmüddətlilik və məbləğin milli valyutada verilməsi bu kreditin əsas üstünlüklərindəndir. Son 12 il əməkdaşlıq dövrü ərzində Bank tərəfindən SKMF xətti ilə 37 mln. manat məbləğində 1626 kredit verilmişdir.
NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil