“Nikoil Bank” ASC nizamnamə kapitalını 17 mln. manat və yaxud 6,1% artıraraq 296 mln. manata çatdıracaq.
Bu barədə FED.az-a bankdakı mənbə bildirib.
Onun sözlərinə görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2 manat olan 8,5 mln. ədəd yeni səhm buraxılacaq.