Bank

"Nikoil Bank" işçi axtarır - VAKANSİYA

"Nikoil Bank" işçi axtarır - VAKANSİYA | FED.az
16:48 22 May 2019

Nikoil Bank

Biznes müştərilərlə iş şöbəsinin mütəxəssisi

Vəzifə öhdəlikləri

• Biznes müştərilərin bankın məhsul və xidmətlərinin xüsusiyyətləri və üstünlükləri barədə məlumatlandırılması;
• Biznes müştərilər üçün məhsul və xidmətlər üzrə kommersiya təklifinin hazırlanması;
• Mövcud biznes müştərilər üzrə məlumatlar bazasının formalaşdırılmasında, zəruri hesabatların hazırlanmasında iştirak;
• Bank məhsul və xidmətlərinin biznes müştərilərə satışının həyata keçirilməsi;
• Bankın məhsul xəttinin genişləndirilməsi, məhsul və xidmətlərin həcminin artırılması üçün biznes müştərilərin və onların əsas kontragentlərinin bank xidmətləri üzrə ehtiyaclarının təhlili və öyrənilməsi;

Tələblər :

•  Müvafiq səhədə minimum 2 ilə qədər iş təcrübəsi
•  Azərbaycan, rus və texniki ingilis dillərini yaxşı səviyyədə bilmək;
•  Microsoft Office proqramları yaxşı səviyyədə bilmək 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Biznes müştərilərlə iş şöbəsinin mütəxəssisi) qeyd edərək, [email protected] elektron ünvanına göndərə bilərlər.

Digər xəbərlər