Nikoil Bank
Bankdaxili normativ sənədlərin hazırlanması və bank proseslərinin metodologiyası üzrə mütəxəssis
Məsuliyyətlər
• Şirkətin missiyası və biznes fəlsəfəsini bilmək;
• Həmkarları və müştəriləri ilə şəffaf və açıq ünsiyyət qurmaq;
• Komanda oyunçusu olmaq və həmkarlarına dəstək olmaq;
• Öz işi ilə müvafiq strukturların hədəflərini (departament, şöbələr, filiallar və s.) yerinə yetirməyə dəstək olmaq;
• Bank sirrini qorumaq və müştərilər haqqında məxfi məlumatları yaymamaq;
• İş prosesində aşkar olunmuş qeyri-standart əhəmiyyətli hallar barəsində birbaşa rəhərini və zəruri hallarda Təhlükəsizlik departamentini və əlaqədar struktur bölməni dərhal məlumatlandırmaq;
• Öz peşəsi üzrə özünü daim inkişaf etdirmək (peşəkar materiallar, kitablar oxumaq, təlimlərdə iştirak etmək);
• Qoyulan hədəfləri yerinə yetirmək;
• Təşkilati siyasət və prosedurları hazırlamaq və bunların hazırlanmasında struktur bölmələrin rəhbərlərinə dəstək olmaq;
• Metodologiyanın hazırlanması və tətbiqi;
• Mövcud prosesləri / prosedurları müntəzəm olaraq nəzərdən keçirmək və zərurət olduqda düzəlişlər etmək və ya dəyişiklikləri tövsiyə etmək;
• Struktur bölmə rəhbərləri ilə sıx əməkdaşlıq edərək standart prosedurları / prosesləri tərtib etmək;
• Standart sənəd formalarını, şablonları hazırlamaq;
• Proses və prosedurların işçilər tərəfindən dəqiq və düzgün başa düşülməsi məqsədi ilə onlarla müntəzəm işləmək və ya bu istiqamətdə marifləndirici/məqsədyönlü təlimlər vermək və ya təlimləri təşkil etmək;
• Sənədlərin elektron bazasını formalaşdırmaq;
• Sənədlərin dövri olaraq adekvatlığını yoxlamaq, aktuallığını qismən və ya tamamilə itirmiş sənədlərə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı şöbə müdirinə təkliflər vermək, qüvvədə olmayan sənədlərin istifadə olunmasına nəzarət etmək
• Birbaşa rəhbəri və İdarə Heyəti üzvləri tərəfindən təyin edilmiş digər vəzifələri yerinə yetirmək.
Xüsusiyyətlər və bacarıqlar
• Ali təhsil;
• ISO 9001:2015 sertifikatı olana üstünlük verilir;
• Bank sahəsində təcrübəsi olana üstünlük verilir;
• Müvafiq istiqamət üzrə 3-5 illik iş təcrübəsi (Bank filiallarında əməliyyat/nəzarət sahəsində menecer təcrübənin olmasına) üstünlük verilir;
• Sənədlərlə işləmək və tərtibetmə bacarığı;
• Yüksək ünsiyyət bacarığı;
• Tənqidi və analitik düşünmə bacarığı;
• Cəsarətli və qərarlılıq;
• Hədəflərlə (“Deadline“larla) işləmək bacarığı;
• Bir neçə layihəni / tapşırığı eyni vaxtda idarə edə bilmək bacarığı;
• İşində yüksək punktuallıq və yüksək diqqət;
• Dürüst və etibarlılıq;
• MS Office, Visio proqramlarında işləmək bacarığı;
• Azərbaycan, rus dilini yüksək səviyyədə bilmək, əlavə olaraq ingilis dilini bilənlərə üstünlük verilir.
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, с[email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.