Hər zaman müştəri məmnuniyyətinə və rahatlığına önəm verən Ziraat Bank Azərbaycan, indi də kartsız ödəniş texnologiyalarının inkişafını davam etdirir.
Eləcə də bax: "Ziraat Bank Azərbaycan”dan xarici ticarət iştirakçılarına - HƏRTƏRƏFLİ DƏSTƏK!
Belə ki, hazırda VISA kart sahibləri və NFC texnilogiyalarını dəstəkləyən Android əməliyyat sistemli mobil telefon istifadəçiləri ödənişlərini kart olmadan, mobil telefonları vasitəsilə POS-terminal üzərindən asanlıqla reallaşdıra bilərlər. Ödənişi həyata keçirmək üçün müştərilər ilk növbədə mobil cihazlarında NFC ödənişlərini dəstəkləyən düyməni aktivləşdirməli, daha sonra isə Ziraat Bank Azərbaycan mobil tətbiqinə daxil olaraq, bu texnologiya vasitəsilə ödəniş edəcəkləri kartı seçməlidirlər. Beləliklə, müştərilər kart olmadan, sadəcə ekran kilidini açaraq, mobil telefonu POS-terminala yaxınlaşdırmaqla öz ödənişlərini reallaşdıra bilərlər.
NFC texnologiyalarının ən əsas üstünlüyü, ödənişlərin kart olmadan, smartfon vasitəsilə sürətli və rahat reallaşdırılmasıdır. Bununla yanaşı, bank kartının müştəri tərəfindən daşınmasına ehtiyac qalmadığından kartların oğurlanmasına və itirilməsinə dair risklər də aradan qaldırılır.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.