VISA ilə tərəfdaşlıq çərçivəsində NFC texnologiyasını ilk dəfə ölkəmizə gətirmiş Azərbaycan Beynəlxalq Bankı bu texnologiya vasitəsilə nağdsız ödənişlərin stimullaşdırılması üçün daha bir addım atıb.
Eləcə də bax: Nihat Şenyuva: “Beynəlxalq Bankda rəqəmsal transformasiya başlayıb" - MÜSAHİBƏ
FED.az məlumat verir ki, bankın VISA ilə birgə start verdiyi yeni kampaniya NFC istifadəçilərinə xərclərindən qazandıracaq.
10 avqust 2020-ci il tarixinə qədər davam edəcək kampaniya çərçivəsində öz mobil telefonları ilə NFC texnologiyası üzərindən hər biri minimum 5 manatlıq 10 ödəniş edən müştərilər 25 manat dəyərində kəşbək qazanacaqlar. Kampaniya dövründə hər bir VISA kartı ilə ayda 1 dəfə kəşbək qazanmaq olar.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının hələ ötən ilin sentyabrından yerli bazara təqdim etdiyi bu yeni ödəniş üsulu müştərilərə plastik karta ehtiyac olmadan POS terminallarda öz mobil telefonları vasitəsilə təmassız ödəniş imkanı yaradır. Ödənişi həyata keçirməkdən ötrü sadəcə telefonda müvafiq funksiyanı aktivləşdirmək və telefonu POS terminala yaxınlaşdırmaq kifayətdir. Bundan ötrü mobil telefon android platformasında çalışmalı və NFC texnologiyasını dəstəkləməlidir. Bu barədə ətraflı məlumatı buradan əldə etmək olar. Mobil telefonla təmassız ödənişlər zamanı beynəlxalq kart təşkilatlarının təhlükəsizlik tələblərinə tam riayət olunur. Azərbaycan Beynəlxalq Bankının “Qayğıkeş” proqramı çərçivəsində bankla tərəfdaş məkanlarda aparılan ödənişlərə görə müştərilər əlavə kəşbək faizləri də qazanırlar.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.