Azərbaycanda nəqliyyat sektorunun kreditləşdirilməsində kəskin artım müşahidə olunur. Bu ilin noyabrın 1-nə bu sahəyə yönələn kreditlərin həcmi 1 milyard 793,6 milyon manata çatıb.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 335,8 milyon manat və ya 23% artım deməkdir.
Belə ki, ötən ilin noyabrın 1-də nəqliyyat sektoruna 1 milyard 457,8 milyon manat kredit ayrılmışdı.
Artım bütün dövrlər üzrə davamlı və sürətli olub. Ötən ilin sonuna nəzərən portfel 332,5 milyon manat (22,8%) böyüyüb. Son bir ayda isə 8,8 milyon manatlıq (0,5%) artım qeydə alınıb.
Xatırladaq ki, nəqliyyat sektoruna verilən kreditlər bu ilin oktyabrın 1-nə 1 milyard 784,8 milyon manat, ötən ilin sonunda 1 milyard 461,1 milyon manat, ötən ilin eyni dövründə isə 1 milyard 457,8 milyon manat idi.












