FED.az Fondun illik hesabatına istinadən xəbər verir ki, xalis mənfəətin azalmasının əsas səbəbi xarici valyuta əməliyyatları üzrə məzənnə fərqindən xalis gəlirin 5 milyard 320 milyon 847 min manatdan 744 milyon 33 min manata düşməsidir.
Xatırladaq ki, ötən il Fondun faiz gəliri və sair investisiya gəliri 977 milyon 101 min manat təşkil edib. 2016-cı ildə bu rəqəm 1 milyard 5 milyon 830 min manat idi.
