“NBC Bank"ın problemli kreditlərinin məbləği məlum olub.
FED.az xəbər verir ki, bankın bu ilin 3-cü rübə olan hesabatına görə, kredit portfeli 228 milyon 654 min manat təşkil edib. Bu ötən ilin yekunu ilə müqayisədə 16 milyon 450 min manat və ya 7,75% çoxdur.
Eləcə də bax:“NBC Bank”ın səhmləri standart bazar seqmentində listinqə - DAXİL OLUB
Ümumilikdə bankın kredit portfelinin 9 milyon 198 min manatını vaxtı keçmiş kreditlər təşkil edir. Bu kredit portfelinin 4.02% dir. Bankda qeyri-standart kreditlərin cəmi 8 milyon 365 min manat, qeyri-qənaətbəxş kreditlərin məbləği 524 min manat, təhlükəli kreditlərin məbləği 183 min manat, ümidisz kreditlərin məbləği isə 7 milyon 658 min manat təşkil edib. Nəticədə bankın ümumi olaraq problemli kreditlərinin həcmi 25 milyon 928 min manat təşkil edib. Bu da ümumi kredit portfelinin 11,33%-dir.
“NBC Bank”ın kredit portfelinin yarıdan çoxunu istehlak kreditləri təşkil edib. Belə ki, bank bu ilin 9 ayının hesabatına görə, 135 milyon 047 min manat istehlak krediti verib ki, bu da ötən ilin yekunu ilə müqayisədə 21 milyon 162 min manat və ya 18,58% azdır. Bankın bu sahəyə verdiyi kreditlərin 5 milyon 952 min mnatının və ya 4,40%-nin vaxtı kemiş kreditlər təşkil edib.
“NBC Bank”ın ikinci ən çox kredit verdiyi sahə ticarət və xidmət sektoru olub. Maliyyə təşkilatı bu sahəyə 65 milyon 305 min manat kredit verib. Qeyd edilən sahəyə verilən kreditlərin 2 milyon 750 min manatının və ya 4,21%-ni vaxtı keçib.