Koronavirusla Mübarizəyə Dəstək Fonduna NBCBank tərəfindən 100 min manat köçürülüb.
Bankdan FED.az-a bildirilib ki, NBCBank-ın rəhbərliyi və kollektivi cəmiyyət qarşısında sosial məsuliyyətlərinin bir hissəsi olaraq, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşlarına mənfi təsirinin yayılmasının qarşısını almaq və məhdudlaşdırmaq istiqamətində dövlətin səylərini dəstəkləməyi öz vəzifəsi hesab edir.\
Hansı şirkətlər Koronavirus Fonduna pul ayırıb - SİYAHI, MƏBLƏĞLƏR - YENİLƏNİB
Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu ölkə başçısı cənab İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılıb.
Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayıran BANKLARIN SİYAHISI – MƏBLƏĞ