NBC Bank 2019-cu ilin 2-ci rübü üzrə maliyyə göstəricilərini çaılqayıb. FED.az bankın sözügedən hesabatına istinadəın xəbər verir ki, maliyyə qurumunun cəmi kredit portfeli 220 mln 510 min manatdır ki, bu məbləğin də 9 mln 654 min manatı vaxtı keçmiş kreditlərdir.
Ümumilikdə bank ən çox krediti fiziki şəxslərə və ticarət-xidmət sahəsinə verib. Belə ki, bank hesabat dövründə fiziki şəxslərə 128 mln 318 min manat , ticarət və xidmət sahəsinə isə 64 mln 141 min manat kredit verib.
NBC Bank ən az kredit ictimai təşkilat, Mərkəzi və bələdiyyə idarəetmə orqanlarına verib ki, bu məbləğ də 34 min manat təşkil edir.
Bakıdan sonra ən çox krediti NBC Bank Sumqayıtada verib( 5 mln 919 min manat). Paytaxtda isə 207 mln 749 min manat kredit verilib.
Regionlar üzrə vaxtı keçmiş kredit cədvəli
Kredit portfeli min AZN | Cari kredit min AZN | Vaxtı keçmiş kreditlər min AZN | |
Bakı | 207,749 | 199,549 | 8,200 |
Gəncə | 4,392 | 3,936 | 456 |
Sumqayıt | 5,919 | 5,292 | 628 |
Lənkaran | 1,524 | 1,258 | 266 |
Şəki | 926 | 821 | 105 |
Cəmi | 220,510 | 210,856 | 9,654 |
NBC Bankın verdiyi 220 mln 510 min manatlıq cəmi kreditin 7 mln 439 minindən “ əlini üzüb” daha dəqiq desən ümüsiz kreditlərdi.
Bankın kredit portfelinə görə, ayırdığı adi ehtiyatlar 2 mln 435 min manatdır ki, bu da kredit portfelinin nisbəti 1.10% dır. Bankın məqsədli ehtiyatlara ayırdığı məbləğ isə 6 mln 865 min manatdır ki, bunun da kredit portfelinə nisbəti 3.11%dir.