"NBCBank" ASC-nin səhmdarları toplaşacaq. FED.az xəbər verir ki, toplantı 31.07.2019-cu il tarixdə, saat 11:00-da "NBCBank" ASC-nin Mərkəzi ofisində səhmdarlarının 2018-ci maliyyə ilinin yekunlarına həsr olunmuş növbəti ümumi yığıncağı keçiriləcək.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- İdarə Heyətinin hesabatı;
- Müşahidə Şurasının hesabatı;
- Kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş "NBCBank" ASC-nin 2018-ci ilin yekunları üzrə maliyyə hesabatının, mühasibat balansının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətin bölüşdürülməsi;