“NBC Bank” ASC-nin rəhbərliyində dəyişiklik olacaq.
FED.az “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, bu ilin noyabrın 30-da “NBC Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncaqda bankın İdarə Heyətinin tərkibində dəyişikliklər edilməsi və digər məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, yığıncağın gündəliyi ilə materiallarla bankın mərkəzi ofisində tanış olmaq olar.