30 iyun 2017-ci il tarixinə "NBC Bank" ASC-nin kredit portfelində vaxtı keçmiş (problemli) kreditlərin həcmi 12,876 mln. manat təşkil edib.
Bankın açıqladığı hesabata bildirilir ki, bankın ümumi kredit portfeli 136,854 mln. manatdır. Beləliklə, problemli kreditlərin ümumi portfeldə payı 9,41%-dir. Cari ilin əvvəlinə bu göstərici 9,9% olub.
Problemli kreditlərin strukturuna nəzər saldıqda məlum olur ki, bunun 10,865 mln. manatı ümidsiz kreditlərdir. Yeri gəlmişkən, ümidsiz kreditlərin məbləği cari ilin əvvəlindən ilin 1,577 mln. manat artıb.
Bank kreditlər üzrə cəmi 1,736 mln. manat ehtiyat, 9,552 mln. manat məqsədli ehtiyat yaradıb.
Problemli kreditlərin 9,277 mln. manatı fiziki şəxslərin, 2,834 mln. manatı isə ticarət və xidmət sahəsinin payına düşür.
İlin əvvəlindən bankın məcmu kapitalı 3,46% və ya 1,828 mln. manat artsa da, kapitalın adekvatlıq əmsalı (normativ minimum 10% təşkil edir) 36,27%-dən 32,79%-dək azalıb.
Qeyd edək ki, bank cari ilin ilk yarısını 1,340 mln. manat mənfəətlə başa vursa da, onun bölüşdürülməmiş zərəri 12,397 mln. manatdır.