«NBC bank» bu ilin ilk yarısını mənfəətlə başa vurub, baxmayaraq ki, bu il mənfəətin həcmi ötənilkindən daha azdır.
FED.az bankın hesabatına əsasən xəbər verir ki, ilk yarım ildə bankın həm gəlirləri, həm də xərcləri ötən illə müqayisədə kəskin azalıb. Belə ki, bankın faiz gəlirləri 38,8% azalaraq 8 mln. 501 min manat, qeyri-faiz gəlirləri 2,15 dəfə azalaraq 1 mln. 453 min manat olub. Bankın faiz xərcləri 24,4% azalaraq 4 mln. 899 min manat, qeyri-faiz xərcləri isə 45,4% azalaraq 3 mln. 292 min manat olub. Nəticədə bankın ilk yarım ildə bankın əməliyyat mənfəəti 1 mln. 763 min manat olub.
Ehtiyatların 109 min manat mənfiyə düşməsi səbəbindən xalis mənfəət 1 mln. 872 min manata yüksəlib. Amma bu da ötənilki göstəricidən 35,7% azdır.
Bu dövrdə «NBC bank»ın aktivləri 17,5% artaraq 240 milyon manatı keçib.
Cəmi öhdəliklər isə 23,1% artaraq 181 mln 372 min manat olub. Bankdakı depozitlər 11 milyon manatdan çox artaraq 85 milyon manatı keçib.
İlin ilk yarısında «NBC bank»ın kredit portfeli 30 milyon manat artaraq 193,5 milyon manata çatıb. Problemli kreditləri isə yarım milyon manat azalaraq 11,5 milyon manata enib.
İlk yraım ildə «NBC bank» kapitalını da artıraraq 58,6 milyon manata çatdırıb.
NBC bankın mənfəəti azalıb – YARIM İLLİK HESABAT
15:58
10 İyul 2018