“NBC Bank” ASC-nin Audit Komitəsinin üzvlərindən biri İsmayılov Anar vəzifəsindən ayrılıb.
FED.az xəbər verir ki, bu barədə Banker.az-a Banka yaxın mənbədən deyilib.
Eləcə də bax: Beynəlxalq Bankda - YENİ TƏYİNAT
Məlumata əsasən onun yerinə Əsgərov Rasim Nazim oğlu seçilib.
Bildirək ki, bankın səhmdarları bununla bağlı son 6 ay ərzində toplantıların gündəliyinə bu dəyişiklə bağlı hansısa məlumata rast gəlinməyib.
Xatırladaq ki, “NBC Bank”ın nizamnamə kapitalı 64 mln. manatdır. Səhmdarları aşağıdakı hüquqi və fiziki şəxslərdir:
- 65,91% – Nuru Əliyev
- 6,42% – Aynur Kamalova
- 6,42% – Aysel Usubova
- 6,16% – Nüşabə Səfiyeva
- 6,02% – Nurgun Group
- 4,30% – Surxay Əhmədov
- 2,72% – Caspian Insurance Co. Şirkəti
- 1,02% – Elnur Səfiyev
- 1,02% – Nicat Səfiyev