Rusiya və Gürcüstan Xarici İşlər Nazirlərinin görüşündən sonra lari bu gün dollar qarşısında 1% bahalaşıb. FED.az xəbər verir ki, rəsmi məzənnə ilə dollar 2.98 Gel-dən 2.95-ə düşüb.
Eləcə də bax: Son 1 ayda lari dollar qarşısında – UCUZLAŞIR
Xatırladaq ki, Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani Nyu-Yorkda, Baş Assambleyanın 74-cü sessiyası çərçivəsində, İsveçrə Konfederasiyasının təşəbbüsü və təşkili ilə, Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla görüşüb.