Azərbaycan Beynəlaxlq Bankın xarici öhdəliklərinin könüllü restrukturizasiyası bankın borcları ilə bağlı məsələnin həlli üçün ən optimal yoldur. FED.az İnterfax-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev bu gün Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes formunda bildirib.
Nazir müavini ABB-nin azad ehtiyatları və bankın borclarını tam həcmdə ödəmək iqtidarında olduğu halda və bununla kredit və ölkənin investisiya reytinqləri üçün risklər yaradaraq restrukturizasiya həyata keçirmək qərarını şərh edib.
“Azərbaycan optimal yollar üzərində çalışır”, - deyə S.Babayev vurğulayıb ki, bankın xarici öhdəliklərinin könüllü restrukturizasiyası nəticəsində Azərbaycan özü üçün səmərəli şərtlər əldə edəcək.
Nazir müavini ölkənin ehtiyatlarının istifadəsini Azərbaycanın ən son istifadə edəcəyi variant adlandırıb