Bu gün Naxçıvan Dövlət Universitetində Prezidentin Muxtar Respublikada səlahiyyətli nümayəndəliyinin, Azərbaycan Mərkəzi Bankının, "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili"nə və Zəfərin 5 illik yubileyinə həsr olunmuş Regional Bank Forumu keçirilir.
FED.az xəbər verir ki, forum çərçivəsində rəsmi çıxışlar olacaq, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"ndakı tapşırıqların icrasının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçiriləcək.
Dəyirmi masada muxtar respublikada mövcud iqtisadi reallıqlar, gələcək gözləntilər, regionda iqtisadi canlanmanın təşviqində bankların rolu, həmçinin bank sektoruna dair infroqrafik məlumatların təqdimatı nəzərdə tutulur. Eyni zamanda universitet tələbə və müəllimləri üçün bank nümayəndələrinin iştirakı ilə panel müzakirə keçiriləcək.
Müzakirələrdə rəqəmsal bankçılıq, müasir bank xidmətləri və bank sektorunda karyera perspektivləri mövzularında təqdimatlar olacaq. (Report)













