Azərbaycanın yeganə regional bankı olan «Naxçıvanbank» ASC 2020-ci ilin nəticələrini açıqlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, ötən il «Naxçıvanbank»ın faiz gəlirləri 50%-dən çox artaraq 11 milyon 967 min manata çatıb.
Faiz xərcləri isə 42,5% artaraq 764 min manart təşkil edib.
Bankın qeyri-faiz gəlirləri 4 959 min manat (16,8% artım), qeyri-faiz xərcləri isə 4 608 min manat (12,4% artıb) təşkil edib.
Nəticədə 2020-ci ildə «Naxçıvanbank»ın əməliyyat mənfəəti 52,4% artaraq 11 milyon 555 min manat olub.
Bu məbləğin 2,3 milyon manatı aktivlər üzrə mümkün zərərlərdən ehtiyat kimi ayrılıb, 1,9 milyon manat isə mənfəət vergisi kimi ödənilib.
Nəticədə «Naxçıvanbank» 2020-ci ili 7 323 min manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 2,1 milyon manat və ya 41% artıqdır.
2020-ci ildə «Naxçıvanbank»ın aktivləri 66,5 milyon manat və ya 28,6% artaraq 298,6 milyon manata yüksəlib.
Ötən il bankın kredit portfeli 24,6 milyon manat və ya 26,6% artaraq 117 milyon 088 min manatia yüksəlib.
Bankın depozit portfeli 142 162 min manat (48,7% artıb) təşkil edib.
Fiziki şəxslərin əmanətləri 21,7 milyon manat (12,4% artım), hüquqi şəxslərin depozitləri 120,4 milyon manat (58% artım) təşkil edib.
2020-ci ilin nəticələrinə görə, «Naxçıvanbank»ın cəmi kapitalı 5,3 milyon manat artaraq 87,7 milyon manata yüksəlib.