Azərbaycanın regional bankı sayılan «Naxçıvanbank» 2020-ci ilin 3-cü rübü üzrə nəticələrini açıqlayıb.
Banklar 2020-ci ilin 3-cü rübünü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 9 ay ərzində «Naxçıvanbank»ın faiz gəlirləri 8 milyon 722 min manat, faiz xərcləri 554 min manat, xalis faiz gəliri 8 milyon 168 min manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə bankın faiz gəlirləri 59,5%, faiz xərcləri isə 47% artıb.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 3 milyon 688 min manat, qeyri-faiz xərcləri 3 milyon 321 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-faiz gəlirləri 28%, qeyri-faiz xərcləri isə 17% artıb.
Nəticədə bankın əməliyyat mənfəəti 8 milyon 535 min maat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyat mənfəəti 80% artıb.
Bu məbləğin 1 milyon 806 min manatı mümkün zərərlər üzrə ehtiyatların yaradılmasına sərf edilib, nəticədə «Naxçıvanbank» 9 ayı 6 milyon 728 min manat xalis mənfəətlə başa vurub.
Bu əvvəlki ilin eyni dövrünə nisbətən 52,8% artıqdır.
Bankın hesabatına əsasən ilin əvvəli ilə müqayisədə aktivləri 2% artaraq 236 milyon 633 min manat təşkil edib. Bunun 115,5 milyon manatı müştərilərə verilən kreditlər olub, ilin əvvəli ilə müqayisədə kredit portfeli 26,4% artıb.
İlk 9 ayda «Naxçıvvanbank»ın cəmi öhdəlikləri 2% azalaraq 145 milyon 773 min manat olub. Bu dövrdə bankdakı depozitlər 12,1 milyon manat və ya 12,7% azalaraq 83 milyon 441 min manat təşkil edib.
Bu dövrdə bank maliyyə təşkilatlarından aldığı kreditləri 10 milyon manatdan çox artıraraq 50,5 milyon manatdan, 61 milyon manata yüksəldib.
Bankın kapitalı isə 90 milyon 860 min manat olub.