“Naxçıvanbank” bu ilin ilk 6 ayı üzrə maliyyə göstəricilərin i açıqlayıb. FED.az bankın hesabatına istinadən xəbər verir ki, “Naxçıvanbank” 2019-cu ilin 1-ci yarısını 2 mln 223 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,4% azdır.
Bu ilin 6 ayı ərzində “Naxçıvanbank”ın cəmi gəlirləri 4 mln 964 min manat, cəmi xərcləri 2 mln 138 min manat, əməliyyat mənfəəti 2 mln 826 min manat təşkil edib. Bank 41 min manat mənfəət vergisi ödəyib.
“Naxçıvanbank” ötən ilin ilk 6 ayı ilə müqayisədə bu ilin həmin dövr ərzində aktivlərini 12.48% artıraraq 215 mln 763 min manata çatdırıb. Artan yalnız bankın aktivləri deyil həmçinin öhdəlikləri də olub. Belə ki, 2018-ci illə müqayisədə bu il bankın öhdəlikləri 16.09% artaraq 135 mln 363 min manat olub.
“Naxçıvanbank”ın mənfəəti azalıb - HESABAT
17:22
16 İyul 2019