“Naxçıvanbank”ın maliyyə vəziyyəti məlum olub. FED.az bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında bankın aktivləri 7,44% və ya 14 milyon 498 min manat artaraq 209 milyon 361 min manat təşkil edib. Son bir ildə bankın öhdəlikləri 7,33% və ya 8 milyon 700 min artaraq 126 milyon 303 min manat olub.
Ötən ilin 9 ayı ilə müqayisədə b u ilin həmin dövründə bank 84 milyon 695 min manat kredit verib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17 milyon 295 min manat və ya 25,66% çoxdur.
2019-cu ilin yanvar-sentyabr aylarında “Naxçıvanbank”ın cəmi gəlirləri 8 milyon 339 min manat, cəmi xərcləri 3 milyon 577 min manat təşkil edib. Nəticədə Bankın 4 milyon 762 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətindən 358 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb. Bank 9 ay ərzində mənfəət vergisi ödəmədiyindən 4 milyon 404 min manat xalis mənfəət əldə edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 27 min manat azdır.