Azərbaycanın bank sektorunun üzvlərindən olan «Premium bank» və «Naxçıvanbank»da personala ödənilən orta aylıq əmək haqları məlum olub.
“Bank BTB”də əmək haqqı nə qədərdir? – MƏBLƏĞ
“ASB Bank”da əmək haqqı nə qədərdir? – MƏBLƏĞ
FED.az-ın hesablamasına görə, 2023-cü ilin nəticələrinə görə, «Premium Bank»da bir işçiyə çəkilən orta aylıq əmək haqqı xərci 3 217 manat təşkil edib. «Naxçıvanbank»da isə bir işçiyə çəkilən orta aylıq əmək haqqı xərci 2 222 manat olub.
Xatırladaq ki, ümumilikdə 2023-cü ildə «Premium Bank»da işçilərin əmək haqqı xərclərinə 6,9 milyon manat sərf edilib. «Naxçıvanbank»da isə bu məbləğ 4,9 milyon manat olub.