Naxçıvanbank
İnformasiya Texnologiyaları şöbəsində sistem və şəbəkələrin idarə edilməsi üzrə mütəxəssis
Öhdəliklər
* Proqramların fasiləsiz, problemsiz işləməsi üçün onlara və məlumat bazalarına cari xidmət göstərmək.
* Bank proqramlarına yeni isfadəçilərin daxil edilməsi, onların səlahiyyətlərinin müəyyən edilməsi ilə əlaqədar zəruri işlər görmək.
* Əsas bank proqramının məlumat bazalarını vaxtaşırı arxivləşdmək.
* Daxili prosedurlara uyğun bank proqramına yeni funksiyaların əlavə edilməsini və yeni modulların yaradılmasını (alınmasını) təmin etmək.
* Məlumat bazasından istifadə etməklə daxili tələblərə uyğun olaraq hesabat formalarını hazırlamaq.
* Banka aid əməliyyat sistemi və serverlərin administrasiyası və təhükəsizliyini təmin etmək.
* İstifadəçi kompüterlərinə nəzarət və çıxan problemlərin həlli.
* Yeni texnoloji sistemlərin, şəbəkə və İT avadanlıqlarının (Hardware) quraşdırılması və avadanlıqlarda çıxan problemlərin həlli.
* Ümumi sistem və tətbiqi proqram vasitələrini (əməliyyat sistemləri, ofis proqramları və s.) qurmaq və düzgün işləməsinə nəzarət etmək.
* Serverlərdə və Kompyuter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması.
* Baş ofis və filiallar arasında informasiya axını sisteminin düzgün qurulmasını təmin etmək.
Tələblər
* Müvafiq sahədə ali təhsil (tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.).
* Qeyd olunan sahədə ən azı 1 (bir) il iş təcrübəsi.
* Rus və ya İngilis dili (ən az orta səviyyədə) bilmək.
* Windows 2008 server, 2012 server və Windows 2016 server əməliyyat sistemləri üzrə nəzəri və praktik biliklər.
* Mövcud Windows sistemləri əsasında qurulan proqram təminatlarında işləmək.
* Rotung, VLAN, VPN, DNS, Active Directory, Terminal Services, Mail server üzrə nəzəri və praktik biliklər.
* Yaddaş, backup və server avadanlıqları və proqramları ilə işə dair nəzəri və praktik biliklər.
* Linux əməliyyat sisteminin idarəedilməsi üzrə biliklərin olması üstünlükdür.
* Vaxtın idarə edilməsi.
* Məsuliyyət, düzgünlük və etibarlılıq.
* Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.
* Bütün görülən işlərə detallı şəkildə yanaşmaq.
* Analitik düşünmə bacarığı.
* Problemləri həll etmə bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 mart 2019-cu il tarixədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.