«Amrahbank» itirə-itirə gedir – KAPİTALI MƏNFİYƏ DÜŞÜB
İlk yarım ildə bankın qeyri-faiz gəlirləri 1 mln 667 min manat, qeyri-faiz xərcləri 1 mln 621 min manat təşkil edib. Əməliyyat mənfəəti 2 mln 977 min manat olub. Aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar 651 min manat olub. Nəticədə ikinci rübün yekunu olaraq bankın xalis mənfəəti 2 mln 326 min manata enib.Xatırladaq ki, bank 2017-ci ili 3 milyon 447 min manat, 2016-cı ili isə 8 milyon 440 min manat mənfəətlə başa vurmuşdu.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, ilk yarım ildə bankın cəmi aktivləri 2017-ci illik hesabatına nisbətən 42,5% artaraq 191 mln 812 min manat olub. Cəmi öhdəlikləri isə ötən ilə nisbətən 1,9 dəfə artaraq 116 mln 593 min manat təşkil edib. Cəmi kapital 4,8% artaraq 75 mln 218 min manata çatıb.



