İyulun 24-də Azərbaycan ərazisində nağdsız əməliyyatlarda problem baş verib.
Azərbaycanda bank kartlarının sayı 18 milyon ədədi ötdü
FED.az xəbər verir ki, nəticədə dünən axşamdan başlayaraq pos-terminallarla və bankomatlarla əməliyyat etmək mümün olmayıb. İctimai iaşə obyektlərində kartla ödəniş mümkün olmadığından, bəzi obyektlərdə nağd ödəniş tələb olunub.
Bu problem Bakıda və bölgələrdə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə də hiss edilib. Bir neçə saat sonra problem aradan qalxıb.
Mənbə: Qafqazinfo, FED.az