Azərbaycan Mərkəzi Bankı xağd xarici valyuta ilə mübadilə əməliyyatları barədə rəqəmləri açıqlayıb.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar ayında banklar tərəfindən nağd 163 milyon 671 min dollar alınıb, 299 milyon 627 min dollar satılıb.
Ötən ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin Yanvar ayında Dolların alışı azalıb, satışı isə artıb. 2018-ci ilin Yanvarında alış 195 milyon 667 min dollar, satış isə 162 milyon 487 min dollar təşkil etmişdi.
Eləcə də bax: BVF: Azərbaycanın bank sektorunda rəqabət zəifdir
Ötən ilin Dekabr ayı ilə müqayisədə isə Yanvarda Dolların alışı və satışı azalıb. Dekabr ayında alış 173 milyon 328 min dollar, satış 584 milyon 218 min dollar təşkil etmişdi. Adətən Azərbaycanda Aprel, Avqust və Dekabrda Dollara tələb artır.
Yanvar ayında banklar tərəfindən 29 milyon 675 min avro alınıb, 59 milyon 408 min avro satılıb.
©Marja