Bu ilin sentyabrın 1-nə müştərilərin banklardakı əmanətləri 35 milyard manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Onun da təxminən 13,8 milyard manatı, yəni 39,4%-i xarici valyutada, 21,2 milyard manatı, yəni 60,6%-i milli valyutada olub.
Ötən ilin eyni dövründə isə əmanətlərin 39,2%-i (12,6 milyard manat) xarici, 60,8%-i (19,4 milyard manatı) milli valyuta da olub.
Bu da o deməkdir ki, xarici valyutadakı pay son bir ildə 0,2% artıb, milli valyutada azalma baş verib.