2025-cü ilin yanvarın 1-nə Azərbaycan banklarının depozit portfeli 37 milyard 696,6 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Depozit portfeli aylıq müqayisədə 2 milyard 504,6 milyon manat (7,1%), 2024-cü ilin əvvəli ilə müqayisədə 3 milyard 146,5 milyon manat (9.1%) böyüyüb.
Depozit portfelinin 14 milyard 147 milyon manatı xarici valyutada formalaşıb.
Bu göstərici də aylıq müqayisədə 253,1 milyon manat (2%), illik müqayisədə 790,7 milyon manat (6%) böyüyüb.