Muxtar respublikanın yeganə kommersiya bankı “Naxçıvanbank” ASC 2021-ci ilin ilk altı ayında aktivlərini 22.43 mln. manat, yaxud 7.5% azaldıb.
Eləcə də bax: Banklar 2-ci rübü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI (2021)
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə bankın 1 iyul 2021-ci il tarixinə olan maliyyə hesabatında bildirilir.
Hesabat dövrünə bankın aktivlərinin həcmi 276.15 mln. manat olmuşdur. Bankın aktivlərinin 125.09 mln. manatı müştərilərə verilmiş kreditlər təşkil edib, burada da 45.46 mln. manatı istehlak, 67.42 mln. manatı biznes və 12.2 mln. manatı isə daşınmaz əmlaka verilən kreditlər təşkil etmişdir.
Banın öhdəlikləri yarımilin sonuna 181.09 mln. manata düşmüş, bunun da 118.76 mln. manatı depozitər təşkil etmişdir. Depozit portfeli isə son altı ay ərzində 23.4 mln. manat, yaxud 16.5% kiçilmişdir.
Cəmi kapitalın həcmi 95.06 mln. manat olmaqla, bunun da 11.01 mln. manatı bölüşdürülməmiş mənfəətdir.
Qeyd edək ki, kommersiya bankının ilin ilk yarısı üçün xalis mənfəəti 3.68 mln. manat olmuşdur.