Nağdsız ödənişlərin stimullaşdırılmasına dövlət tərəfindən verilən dəstəyin nəticəsidir ki, bu gün əhalinin bank kartlarına marağı artmaqdadır. Plastik kartlar üzrə müxtəlif bank tariflərinə nəzər yetirdikdə Expressbank-ın təqdim etdiyi təkliflər müştərilərdə xüsusi maraq yaradır. Belə ki, digər banklar ilə müqayisədə daha münasib xidmət haqqı və nağdlaşdırma zamanı komissiyanın olmaması müştərilərdə daha çox diqqətini cəlb edir. Bankın plastik kartlar üzrə təklif etdiyi əsas üstünlük, müştəri nağdsız əməliyyat apardıqda ona pul qazandırmaq və əməliyyatın rahatlığını təmin etməkdir.
FED.az xəbər verir ki, Expressbank plastik kartlarının debit qalığına illik 3%-dək gəlir gətirir. Həmçinin ölkədaxili hər yerdə, hər xərcdə 30%-dək cashback qazandırır. Expressbank-ın bütün plastik kartları Mastercard Contactless / VISA payWave sistemlərini dəstəklədiyi üçün təmassız ödəniş xidmətindən hər kəs faydalana bilir. Kartların istifadəsinin rahatlığı bununla da bitmir. Ölkə üzrə quraşdırılan 700 – dən çox Expresspay terminalları vasitəsi ilə balansı artırmaq və digər əməliyyatlar reallaşdırmaq mümkündür.
Qeyd edək ki, Expressbank-ın istənilən plastik kartlarının sifarişi üçün banka getməyə ehtiyac yoxdur. Expressbank-ın rəsmi saytından rahatlıqla sifariş etmək mümkündür.
Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.