Daha bir bankın maliyyə vəziyyət məlum olub. FED.az “Muğanbank”ın maliyyə hesabatına istinadən xəbər verir ki, bu ilin birinci yarısında bankın cəmi aktivləri 587 mln 224 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% çoxdur.
Ötən ilin birinci yarısı ilə müqayisədə bu il “Muğanbank”ın kreditlər üzrə faiz gəlirləri 8,8% artaraq 18 mln 906 min manat, qeyri-faiz gəlirləri 36% artaraq 8 mln 364 min manat təşkil edib.Bank bu ilin birinci rübünü 9 mln 825 min manat zərərlə başa vurub. Ötən illə müqayisədə bu il bankın öhdəlikləri 23.13% artaraq 517 mln 323 min manat təşkil edib.
Hesabat dövründə bankın cəmi kapitalı 5.52% artaraq 69 mln 901 min manat olub.
“Muğanbank”ın aktivləri artıb - HESABAT
16:03
18 İyul 2019