"Muğanbank" ASC-nin cari ilin I rübünü 515,18 min manatlıq mənfəətlə başa vurub. Bankın açıqladığı hesabatlarda xəbər verilir ki, aprelin 1-ə bankın bölüşdürülmüş xalis zərəri 12,726 mln. manat təşkil edir.
Hesabata nəzər salanda məlum olur ki, keçmiş illərdən yığılan zərər 13 mln. 241,32 min manatdır.
Bank ötən il rüblük hesabatları açıqlamadığından yazı "quru rəqəmlər" üzərində qurulub, müqayisə aparmaq mümkün olmayıb.
Beləliklə, martın 31-ə bankın cəmi aktivlər 465,365 mln. manat təşkil edir ki, bunun da 336,336 mln. manatı kredit portfelinin payına düşür. Maraqlıdır ki, qeyri-standart kreditlərin kredit portfelində xüsusi çəkisi 14,4% təşkil edir. Başqa sözlə, 47,887 mln. manatlıq kredit qeyri-standartdır. Bunun isə 17 mln. 682,81 min manatı qeyri-qənaətbəxş, 8 mln. 107,7 min manatı təhlükəli, 22 mln. 96,58 min manatı ümidsiz aktivlərin payına düşür.
Bank kreditlər üzrə 6 mln. 387,34 min manatlıq adi və 28 mln. 132,7 min manatlıq məqsədli ehtiyatlar yaradıb.
"Muğanbank" yanvar-mart aylarında kreditlər üzrə faizlərdən 12 mln. 91,6 min manat gəlir əldə edib, rüb ərzində faiz xərcləri 4 mln. 288,52 min manat olub.
Cari ilin ilk rübünün yekunlarına əsasən, bankın cəmi öhdəlikləri 401,565 mln. manat təşkil edib ki, bunun 198,523 mln. manatı banklardan və digər maliyyə institutlardan cəlb olunmuş vəsaitlər, 194,139 mln. manatı müştəri hesabları, 3,818 mln. manatı buraxılmış borc qiymətli kağızlar, 5,085 mln. manatı digər passivlər təşkil edir.
Şirkətin nizamnamə kapitalı 75 mln. manatı, məcmu kapitalı isə 67,002 mln. manatdır.