Azərbaycanın ən böyük filial şəbəkəsinə malik banklarından olan «Muğanbank» 2022-ci ilin 3-cü rübünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, bu dövrdə bankın faiz gəlirləri ötən illə müqayisədə 8 milyon manat və ya 42% artaraq 28,9 milyon manata çatıb.
Faiz gəlirinin böyük hissəsi – 27,1 milyon manat kredit portfelinin gəlirlərindən formalaşıb.
Eyni zamanda «Muğanbank» bu il ilk dəfə olaraq qiymətli kağızlardan 1,4 milyon manata yaxın gəlir götürüb.
Bankın faiz xərcləri ötən illə müqayisədə 4,4 milyon manat artaraq 24,6 milyon manata yüksəlib.
Artımın səbəbi bankə əmanətçilərinə ödənilən faizlərin 5 milyon manat artaraq 15 milyon m anatdan 20 milyon manata yüksəlməsi olub.
Bundan əlavə «Muğanbank» cəlb etdiyi kreditlərin faizlərini də səliqə ilə ödəyir – ötən il 2,8 ilyon manat, bu il isə 2,7 milyon manat. Daha 1,6 milyon manat faiz xərci isə bankın Mərkəzi Bankdan aldığı kreditə görə ödənilib.
Nəticədə bank 3-cü rübü 3 milyon manat xalis faiz gəliri ilə başa vurub. Xatırladaq ki, ötən il bankın faiz gəliri ilə xərci bir-birini çətinliklə bağlayırdı – cəmi 110 min manat xalis faiz gəliri vardı.
Əvəzində «Muğanbank» qeyri-fvaiz gəlirlərində ciddi irəliləyiş əldə edib – bu sahədə 50% arım olub və bankın gəlirləri 22 milyondan 33 milyon manata yüksəlib.
Bunun 24,3 milyon manatı haqq və komissiya gəlrlərinin payına düşüb – ötən illə müqayisədə 5 milyon manat artım var. Amma ən ciddi artım valyuta əməliyyatlarında baş verib. «Muğanbank» onsuz da iri filial şəbəkəsi hesabına valyuta əməliyyatlarnın aktiv iştirakçısı idi – bu ilin 9 aynıda isə bank belə əməliyyatlardan 9,6 milyonmanat gəlir əldə edib. Müqayisə üçsün bildirək ki, ötən il bu göstərici 2,4 milyon manat idi – artım 4 dəfə olub.
Qeyri-faiz gəlirlərinin kəskin artımına baxmayaraq «Muğanbank» qeyri-faiz xərclərini nəzarətdə saxlayıb – bu sahədə cəmi 1,3 milyon maat və ya 6% artım baş verib.
Nəticədə bank 13,1 milyon manat əməliyyat mənfəətinə çıxıb. Xatırladaq ki, ötən il bu vaxtlar bank əməliyyat mənfəəti deyil – 393 min əməliyyat zərəri açıqlamışdı.
Amma bu vəsaitin 12,4 milyon manatı mümkün zərərlərdən qorunmaq üçün ehtiyata ayrılıb. Nəticədə bank 3-cü rübü 703 min manat xalis mənfəətlə başa vurub.