“Muğanbank” 2018-ci il üçün maliyyə nəticələrini açıqlayıb.
FED.az “Mənfəət və Zərər” hesabatına əsasən xəbər verir ki, hesabat dövründə bankın faiz gəlirləri ötən ilə nisbətən 4,45% azlaraq 40 mln 887 min manata enib, faiz xərcləri isə 58,53% artaraq 25 mln 671 min manata çatıb. Sonda netto faiz gəlirləri 38,63% azalaraq 16 mln 335 min manata enib.
Bankın 1 ildə komission qeyri-faiz gəlirləri 79,44% artaraq 16 mln 652 min manat, komission və qeyri-faiz xərcləri 33,81% artaraq 2 mln 921 min manata yüksəlib.Əməliyyat mənfəəti 64% artaraq 26 mln 772 min manat təşkil edib.
Əməliyyat mənfəətindən işçi heyıtinin saxlanılması xərcləri (14 mln 378 min manat) və ümumi administrativ və sair əməliyyat xərcləri (10 mln 965 min manat) çıxıldıqdan sonra xalis mənfəət 1 mln 430 min manat təşkil edib.
Xatırladaq ki, bank 2017-ci ili 6 mln 341 min manat zərərlə başa vurmuşdu.
FED.az bankın “Balans” hesabatına istinadən bildirir ki, bankın cəmi aktivləri hesabat dövründə ötən illə müqayisə də 14,88% artaraq 551 mln 651 min manat, cəmi kapital 15,89% artaraq 79 mln 987 min manat olub.
Kredit portfeli 1 ildə 6,46% artaraq 371 mln 638 min manat, depozit portfeli 39,17% artaraq 280 mln 779 min manata çatıb.
“Muğanbank”ın vəziyyəti məlum oldu
09:05
29 Yan 2019