"Muğanbank" ASC-nin saytına haker hücumu olub. Hücum "Şimşək" adlanan haker qrupu tərəfindən həyata keçirilib.
Hakerlər saytda bu mətni yerləşdirib: "HAKCED BY ŞİMŞƏK ! MUĞANBANKI VURMAYAN BİR ŞİMŞƏK QALMIŞDI ODA VURDU! BOoOoOm!"
Bununla yanaşı, hakerlər əlaqə vasitələrini də saytda yerləşdirib.
Bir neçə dəqiqə sonra saytın adıçəkilən bölməsi normal fəaliyyətini bərpa edib.