“Muğanbank”ın sahiblərindən 10 milyon manatlıq qərar
11:55
7 Noy 2018
6 noyabr 2018-ci il tarixində, “Muğanbank” ASC-nin Səhmdarların Ümumi Yığıncağı keçirilmişdir.
FED.az xəbər verir ki, iclas zamanı yeni səhmlərin emissiya edilməsi yolu ilə bankın nizamnamə kapitalının 10 milyon manat artırılması qərara alınmışdır.
Yerləşdirmədən sonra “Muğanbank” ASC-nin nizamnamə kapitalı 85 milyon manatdan 95 milyon manata yüksələcək.
Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.
"Muğanbank"ın səhmdarları:
63,50% - ELMİR MEHDİYEV
13,10% - MAQBET MEHDİYEV
12,05% - VƏFA VƏLİYEVA
11,35% - FƏRİDƏ MEHDİYEVA