"Muğanbank" ASC, müştərilərə keyfiyyətli və əlçatan xidmətlər təqdim etmək missiyasına, təqdim etdiyi məhsullara və eləcə də müştəri seqmentasiyasına uyğun olaraq, filial şəbəkəsini daim optimallaşdırır.
Eləcə də bax: “Muğanbank”dan filialları ilə bağlı - XƏBƏRƏ MÜNASİBƏT
FED.az xəbər verir ki, bu prosesin bir hissəsi olaraq, bank Sabirabad şəhərindəki filialını yeni ünvana, daha modern bir binaya köçürmüşdür. Filial bundan sonra Sabirabad ş., H.Əliyev pr. 47 ünvanında (Kür -Araz restoranının yanı) fəaliyyətini davam etdirərək, həftənin beş günü (bazar ertəsi-cümə) saat 9.00-dan 17.00-a kimi hüquq və fiziki şəxslərə hesabların açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları,sənədli əməliyyatlar, təcili pul köçürmələri,Muğanbank çek və s. bank xidmətləri təklif edəcəkdir.
Muğanbankın filial və şöbələri, təqdim etdiyi xidmət və məhsullar haqqında ətraflı məlumatı bankın 933 Çağrı Mərkəzinə zəng etməklə və ya bankın www.muganbank.az rəsmi internet səhifəsindən, həmçinin sosial şəbəkə səhifələrindən əldə etmək olar.