“Muğanbank” ASC xidmətin daha sürətli və tez həyata keçməsi məqsədilə müştərilərinə yeni xidmət təqdim edir.
FED.az xəbər verir ki, bütün növ plastik kart sahibləri banka yaxınlaşmadan MilliÖn ödəniş terminalları vasitəsilə kart hesablarına mədaxil əməliyyatını həyata keçirə biləcəklər.
Mədaxil olunan məbləğ 5 dəqiqə ərzində plastik kartın balansında görsənəcəkdir. Plastik karta mədaxil ancaq plastik kartının valyutasına uyğun əksinazla(AZN, ABŞ dolları və ya EUR) mümkündür. MilliÖn ödəniş terminalı ilə əməliyyatları fasiləsiz 24/7 rejimdə işləyən, müxtəlif yerlərdə, o cümlədən bir çox ticarət və xidmət obyektlərində qoyulmuş terminallarda yerinə yetirmək mümkün olacaqdır.
Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına, həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hlfacebook səhifəsinə keçid ala bilərsiniz.