“Muğanbank” ASC Alman-Azərbaycan Xarici Ticarət Palatasına (AHK Azərbaycan) İdarə Heyətinin Sədri Elmir Həsənov 11 fevral 2020-ci il tarixli qərarına əsasən üzv seçilmişdir.
AHK Azərbaycana üzvlük sayəsində “Muğanbank” ASC Alman-Azərbaycan Biznes Dairəsinə qoşulacaqdır. Bu əməkdaşlıq banka palatanın şəbəkəsi, xidmətləri və dialoq platformasından faydalanmaqla, Almaniya və Azərbaycan arasında iqtisadi münasibətlərin inkişafında iştirak etmək imkanı yaradacaqdır.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 42 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.