“MuğanBank” ASC-nin İdarə Heyəti sədri vəzifəsini müvəqqəti icraedicisi təyin edilir.
Eləcə də bax: “Bank of Baku”nun İdarə Heyətinə - YENİ TƏYİNAT
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki bu, hazırda sədr müavini olan Elnur Abbasov Mir Rəhim oğludur.
O, bu vəzifədə Elmir Həsənov Əlimərdan oğlunu əvəzləyib.
Elnur Abbasov 2021-ci ilin yanvarında İdarə Heyətinin sədr müavini təyin edilib. 2019-cu ilin dekabrından isə baş direktor kimi banka təyin edilmişdi.
“MuğanBank” ASC 1992-ci ildə təsis edilib. 107.5 mln. manat nizamnamə kapitalına sahibdir. Kapitalının 66.17%-i Elmir Mehdiyev, 12.14%-i Maqbet Mehdiyev, 11.17%-i Vəfa Vəliyeva və 10.52%-i isə Fəridə Mehdiyeva məxsusdur.